#APATV #Ermənistan #əsir #qızılxaç #BQXK #BəbirovAqşin #AxundovHüseyn #Naxçıvan #Azərbaycan #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Ermənistanda əsir saxlanılan hərbçilərimizdən xəbər var – APA TV
“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O, qeyd edib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələr yaradılıb. Bildirib ki, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftar və saxlanma şəraiti qiymətləndirilir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradılır. İlahə Hüseynova onu da əlavə edib ki, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
✅ Rəsmi saytımız:
https://apa.tv
✅ Rəsmi facebook səhifəmiz:
https://www.facebook.com/tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz:
https://www.instagram.com/apatvresmi
✅ Rəsmi twitter səhifəmiz:
https://twitter.com/apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz:
https://t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız:
https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact)
info@apa.tv