Hz. Mehdi (əs) tələbələrinin xüsusiyyətləri - 2 -
- GƏNCLƏRDƏN İBARƏTDİR
Əmir-əl Möminin Əli belə buyurmuşdur: "VƏD EDİLMİŞ MEHDİNİN DOST VƏ ƏSHABININ HAMISI GƏNCLƏRDİR. ONLARIN ARASINDA ÇOX AZ YAŞLI VAR." (Biharül-Ənvar, cild 52, səh. 333)
- ÇOX SAVADLIDIRLAR
İmami-Zamanın (Hz. Mehdi (əs)) tələbələri nəcib, SAVADLI OLACAQ və dünyanın idarəçiləri olacaqlar. (Əl-Məlahim və Əl Fitən, səh. 205)
Hz. Mehdinin (əs) KÖMƏKÇİLƏRİ ƏSİL VƏ TƏHSİLLİ OLACAQLAR. (Əl-Məlahim və Əl Fitən, səh. 205)
- VERDİYİ QƏRARLARDA MEHDİYƏ (ƏS) ÇƏTİNLİK TÖRƏTMƏZLƏR
Hz. Mehdinin (əs) tələbələri ... HZ. MEHDİYƏ (ƏS) QARŞI KÖLƏNİN SAHİBİNƏ OLDUĞUNDAN DAHA İTAƏTKAR VƏ TƏSLİMİYYƏTLİ OLACAQLAR. (Mikyal əl-Məkarim, cild 1, səh. 65)
- İNTERNET VASİTƏSİLƏ DÜNYANIN HƏR YERİ İLƏ ƏLAQƏ SAXLAYACAQLAR
...Onlar (Hz. Mehdinin (əs) tələbələri) BİR NEÇƏ DƏQİQƏ ƏRZİNDƏ BÜTÜN DÜNYANI QƏT ETMƏK gücünə sahibdirlər. (Biharül-Ənvar, cild 52, səh. 318; Mikyal əl-Məkarim, cild 1, səh. 148, Bəsair əl-Dərəcatdan nəql edir.)
- TƏYYARƏ İLƏ SƏYAHƏT EDƏCƏKLƏR
ONUN DOSTLARI BULUDLARA MİNİB İSTƏDİKLƏRİ YERƏ GEDƏ BİLƏCƏKLƏR. (Mucəm-ul Əhadis-i İmam Mehdi cild 1, səh. 296 və Kəşful-Qummə cild 2, səh. 470 və Muntəhab-ul Əsər səh. 554)
... (Hz. Mehdinin (əs) tələbələri) ... BULUDLAR ÜZƏRİNDƏ GƏZƏRLƏR... (Biharül-Ənvar, cild 52, səh. 318; Mikyal əl-Məkarim, cild 1, səh. 148, Bəsair əl-Dərəcatdan nəql edir.)
Hədislərdə bəhs edilən "buludlar üzərində gəzmək" ifadəsi Hz. Mehdinin (əs) dövründə hava nəqliyyatının olacağına və Mehdi (əs) tələbələrinin təyyarə ilə səyahət edəcəklərinə işarə edir.
- HZ. MEHDİ (ƏS) VƏ TƏLƏBƏLƏRİ MÜNAFİQLƏRİ ELMLƏ, MƏNƏN DARMADAĞIN EDƏCƏKLƏR
…Əbu Basirdən: İmam Cəfəri Sadiq "Günahkarlar üzlərindən tanınacaq" (Muhəmməd surəsi, 30) ayəsi haqqında belə buyurdu: "ALLAH ONLARI TANIYIR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (ƏS)) HAQQINDA NAZİL OLMUŞDUR. HZ. MEHDİ (ƏS) ONLARI (MÜNAFİQLƏRİ) ÇÖHRƏLƏRİNDƏN TANIYACAQ VƏ ƏSHABI İLƏ BİRLİKDƏ ONLARI (MƏNƏN) DARMADAĞIN EDƏCƏK." (Şeyx Muhəmməd ibn İbrahimi-Numani, Qeybəti-Numani, səh. 283)
- SON DƏRƏCƏ CƏSURDURLAR
İmami-Zamanın (Hz. Mehdi (əs)) TƏLƏBƏLƏRİ ASLANLARDAN DAHA CƏSUR VƏ MİZRAQDAN DAHA KƏSKİN OLACAQLAR. (Mikyal əl-Məkarim, cild 1, səh. 65)
Onların (Hz. Mehdinin (əs) tələbələrinin) QƏLBİ POLADDAN DAHA GÜCLÜ OLACAQDIR. Onların hər biri 40 güclü adama bərabər olacaq. (Mikyal əl-Məkarim, cild 1, səh. 65)
- ALLAH HZ. MEHDİ (ƏS) VƏ KÖMƏKÇİLƏRİNİ MÜVƏFFƏQ EDƏCƏK
Allah MEHDİNİN ORDUSUNU VƏ KÖMƏKÇİLƏRİNİ MÜVƏFFƏQ EDƏCƏKDİR… (Məriy ibn Yusif ibn Əbu Bəkr ibn Əhməd ibn Yusif əl-Məqdi'si "Fəraidu Fəvaidi'l Fikr Fi'l İmam Əl-Mehdi Əl-Muntəzər")