ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatda istənilən ölkədən yardım qəbul etməyə hazır olduğunu bildirib Amerika lideri bunu “Reuters” agentliyinə verdiyi müsahibədə Kiyevin İrana qarşı kampaniyaya qoşulmağa hazır olması ilə bağlı açıqlamalarına münasibət bildirmək istənildikdə deyib. “Əlbəttə ki, bilirsiniz, mən istənilən ölkədən istənilən yardımı qəbul edəcəyəm”, - Tramp deyib. Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə Ukraynanın ABŞ-dən İranın pilotsuz təyyarələrinin hücumlarını dəf etmək üçün kömək istədiyini bildirmişdi. SON XƏBƏR
    1 комментарий
    2 класса
    Ordan-burdan Ordan-burdan
    40 комментариев
    3 класса
    Oğru aləmi belə geyinir? SON XƏBƏR
    1 комментарий
    5 классов
    🎙️🇮🇷 İranın yeni lideri Müctəba Xamneyinin ilk bəyanatı yayılıb 🙅 Xamneyi deyib ki, bölgədəki bütün ABŞ hərbi bazaları dərhal bağlanmalıdır. 💥 O qeyd edib ki, əks halda bu bazalar hücum hədəfi olacaq. 🤜🤛 Müctəba Xamneyi bildirib ki, İran qisas almaqdan çəkinməyəcək. 💰 O, hazırda davam edən müharibədə İran tərəfdən zərər çəkənlərə kompensasiya ödənilməsini də tələb edib. SON XƏBƏR
    2 комментария
    4 класса
    Anna Akopyan Paşinyandan ayrıldı: Kirayədə yaşayacaq SON XƏBƏR
    4 комментария
    6 классов
    Ordan-burdan Ordan-burdan
    1 комментарий
    3 класса
    Премьер-министру Венгрии и его семье угрожают украинцы, заявил сам Виктор Орбан в соцсетях Политик записал видео и начал обзванивать родных — предупредил детей, жену и внуков: мол, скоро увидите угрозы в новостях, не пугайтесь. Орбан попросил близких относиться к этому серьёзно, но без паники. По его словам, все выслушали и не испугались — хотя "ситуация, мягко говоря, необычная". Премьер добавил, что семья как-нибудь привыкнет к новому формату жизни. И отдельно отметил: главную роль в этом, скорее всего, сыграет его жена. SON XƏBƏR
    1 комментарий
    1 класс
    Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin dünya bazarlarında satış qiyməti 92,5 dollara yüksəlib Bu barədə məlumatı məşhur “Oilprice” portalı yayıb. Bildirilir ki, son bir gündə “Azeri Light”in qiyməti 1,4% artıb. ABŞ-nin İrana hava hücumlarından əvvəl – fevral ayının 27-də “Azeri Light” neftinin satış qiyməti 79,6 dollar olub. Portalın məlumatında həmçinin qeyd olunur ki, hazırda WTI markalı neft 85,6, “Brent” markalı neft isə 88,9 dollara satılır. Ən yüksək qiymətə satılan neft isə Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Murban” markalı neftdir. “Murban” neftinin bir bareli 99,5 dollara yüksəlib. Rusiyanın “Sokol” markalı neftinin qiyməti isə son bir gündə 3% bahalaşaraq 76 dollara çatıb. SON XƏBƏR
    1 комментарий
    1 класс
    İran Yaxın Şərq ölkələrindəki bankları və maliyyə qurumlarını öz legitim hədəfi elan edib Yaxın Şərq KİV-ləri xəbər verir ki, bu bəyanatla İranın Birləşmiş Hərbi Komandanlığı çıxış edib. Məlumata görə, qərar İsrail-ABŞ hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı insidentin fonunda qəbul edilib. Zərbələr ABŞ və İsraillə əlaqəli maliyyə qurumlarına və banklara endiriləcək. "Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb", - bəyanatda deyilir. Hərbçilər öz bəyanatlarında həmçinin mülki əhalini bu cür qurumların bir kilometr radiusunda olmamağa çağırıblar. SON XƏBƏR
    3 комментария
    4 класса
    ABŞ, İsrail - İran müharibəsi barəsində nə düşünürsünüz? Buyurun, fikirlərinizi bölüşə bilərsiniz... - Что вы думаете о конфликте между США, Израилем и Ираном? #Admin #admin #Админ #админ #ABŞ #abş #İsrail #israil #İran #iran #Müharibə #müharibə #сша #израиль #иран #война SON XƏBƏR
    9 комментариев
    1 класс
Фильтр
Закреплено
sonxeber
sonxeber
sonxeber
  • Класс
sonxeber
  • Класс
Показать ещё